...

Türkiyə prezidentinə Azərbaycan rəssamının əsəri hədiyyə olunub

Dünya xəbərləri Materials 2 Noyabr 2007 13:00 (UTC +04:00)

Türkiyə, Ankara, / Trend müxbir A.Ələsgərov/ Türkiyənin "Erciyes" universitetinin rektoru Çengiz Utaş ölkəsinin prezidenti Abdulla Gülün bu günlərdə doğma şəhəri Qayseriyə səfər zamanı prezidentə Azərbaycan rəssamı Əli Verdiyevin əsərini hədiyyə edib. "Türkiyə" qəzetinin verdiyi məlumatda belə deyilir.

Qəzetin yazdığına görə, azərbaycanlı rəssam Türkiyə prezidentinin portretini öz şəxsi təşəbbüsü ilə çəkib. Əsər yağlı boya ilə çəkilib və mütəxəssislərin fikrincə, böyük peşəkarlıqla yaradılıb.

Tanınmış Azərbaycan rəssamı, professor Əli Verdiyev uzun illər ailəsi ilə birlikdə Qayseri şəhərində yaşayıb və hazırda "Erciyes" universitetinin incəsənət fakültəsində müəllimlik fəaliyyəti ilə məşğuldur. Verdiyev yerli Azərbaycan diasporunun fəaliyyətində fəal şəkildə iştirak edir. Verdiyevlə yanaşı "Erciyes" universitetinin incəsənət fakültəsində azərbaycanlı musiqiçilərin böyük qrupu da müəllimlik fəaliyyət ilə məşğuldur. Qəzetin yazdığına görə, Verdiyevin oğlu Qayseridə tanınmış vəkildir.

Xəbər lenti

Xəbər lenti