...

Gürcüstan Parlamentində iki dəyişiklik olacaq

Dünya xəbərləri Materials 19 Noyabr 2007 17:59 (UTC +04:00)

Gürcüstan, Tbilisi / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan hökumətində iki dəyişiklik ediləcək. Bu barədə bazar ertəsi jurnalistlərə Gürcüstant hökumətinin katibi Giorgi Xuroşvili məlumat verib.

Onun sözlərinə görə, təhsil və elm naziri postuna nazir müavini Bela Tsipuriya təyin olunacaq, keçmiş nazir Kaxa Lomaya isə, təsdiq olunmayan məlumatlara görə, Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutacaq.

Əhali və qaçqınlar üzrə nazirin yerini isə, Tbilisi Abadlıq Xidmətinin rəhbəri Koba Subeliani tutacaq. O bu postda Giorgi Xeviaşvilini əvəz edəcək.

Xəbər lenti

Xəbər lenti