...

Ukrayna "Qanuni demokratik inkişaf yolu"na yalnız Viktor Yuşşenkonun hakimiyyətdən kənarlaşdırılmasından sonra qayıda bilər – parlamentin keçmiş sədri

Dünya xəbərləri Materials 23 Noyabr 2007 17:53 (UTC +04:00)
Ukrayna "Qanuni demokratik inkişaf yolu"na yalnız Viktor Yuşşenkonun hakimiyyətdən kənarlaşdırılmasından sonra qayıda bilər – parlamentin keçmiş sədri

Ukrayna, Kiyev / Trend , müxbir Z.Novosvitski/ Ukrayna "Qanuni demokratik inkişaf yolu"na yalnız Viktor Yuşşenkonun hakimiyyətdən kənarlaşdırılmasından sonra qayıda bilər, hakimiyyətin konstitusiyadan kənar avtoritar modelini isə, Avropa tipli həqiqi parlament Republikası əvəz edəcək. Bu barədə əvvəlki çağırışda Ali Radanın keçmiş sədri, Ukrayna Sosialist Partiyasının lideri Aleksandr Moroz cümə günü Parlamentin yeni heyətinin birinci iclasında çıxışı zamanı bildirib. Onun qənaətinə görə, növbədənkənar parlament seçkilərinin nəticələri təsdiq etdi ki, bu həqiqətə uyğun olmayan fırıldaq, bir neçə insanın siyasi maraqlarının təmin edilməsi üçün nəzərdə tutulub.

Yazda Ukraynada ölkə prezidenti Viktor Yuşşenko parlamenti buraxdı və sentyabrın 30-da baş tutan növbədənkənar seçki təyin etdi. Bir sıra siyasi qüvvələr, o cümlədən, buraxılan parlament sədrinin liderlik etdiyi Ukrayna Sosialist Partiyası prezidentin bu hərəkətini konstitusiyaya uyğun olmayan və hüquq müstəvisindən kənar adlandırdılar.

Moroz öz çıxışında bildirib ki, Ukrayna siyasəti, Yuşşenkonun səyi nəticəsində, tarixində ilk dəfə olaraq hüqüq müstəvisi çərçivəsindən kənarda qalıb.

Onun sözlərinə görə, məhz bu səbəbdən, ölkə həyatında stabillik yaranmır. Əksinə, gözlənildiyi kimi hakimiyyət xaosun yaranmasına yardım göstərdi.

"Həmvətənlərimizin yaşayış səviyyəsinin və Ukraynanın beynəlxalq nüfuzunun aşağı düşməsinə gətirib çıxaran bu xaosa cavabdehliyi konkret siyasətçilər daşıyır. Bu, sözün əsl mənasında, xalqın maraqlarına xəyanətdir" - deyə Moroz bilidirb.

Ukrayna Sosialist Partiyasının, növbədənkənar seçkinin yekunu üzrə, ölkənin ən yüksək qanunvericilik orqanı olan Ukrayna Ali Radasında təmsilçisi olmayacaq.

Xəbər lenti

Xəbər lenti