...

"Strela" raketləri kürd döyüşçülərinə Ermənistandan gətirilir – terroristin etirafı

Dünya xəbərləri Materials 23 Dekabr 2007 00:45 (UTC +04:00)
"Strela" raketləri kürd döyüşçülərinə Ermənistandan gətirilir – terroristin etirafı

Türkiyə, Ankara / müxbir Trend A.Ələskərov / Kürd fəhlə partiyasının döyüşçüləri Ermənistandan gətirilən daşınan "Strela" zenit raketləri ilə silahlanmışlar. Bu barədə, KFP bazaların birindən qaçmış və türk hökümətinə təhvil verilmiş Vladimir Anatoliy Kapılov, danışıb. "Hürriyətin" verdiyi məlumata əsasən Sibirdə doğulan Kapılov Şimali İraka dostunun dəvəti ilə gedib. Ona orada ayda $2000 veriləcəyi bildirilmişdir. Burada muzlu 10 il müddətinə KFP sıralarına daxil olub və döyüşçülərə Kandil dağında yerləşən "Havtanin", "Bexdinan", "Xakürk", "Kalutuka" bazalarında rəhbərlik edib. Sonra muzlu oradan qaçıb və Şimali İrak hakimyəti tərəfindən tutulub və Türkiyiyə təhvil verilib. Hal hazırda türk məhkəməsi muzlunun cinayət işinə baxır. Kapılovun məlumatına görə, KFP Şimali İrakdakı bazalarında, aşağıdan uçan Türkiyənin HHQ-nin təyyarələrini və helikopterlərini vurmaq iqtidarında olan 24 daşınan "Strela" zenit raketləri var.

Xəbər lenti

Xəbər lenti