...

Yuliya Timoşenko Rusiyanı yan keçməklə Azərbaycanın ərazisindən yeni qaz kəmərinin çəkilməsini təklif edib

Dünya xəbərləri Materials 31 Yanvar 2008 08:33 (UTC +04:00)

Ukraynanın baş naziri Yuliya Timoşenko White Stream layihəsini təklif edib. Bu layihə Rusiyanı yan keçməklə Azərbaycanın ərazisindən yeni qaz kəmərinin çəkilməsini nəzərdə tutur.

Timoşenkonun fikirincə, qaz kəməri Türkmənistandan Aəzrbaycana, gürcüstanın Supsisindən Qara dənizə, oradan Krıma və Avropa ittifaqı olkələrinə paylanmalıdır. Nəzərdə tutulr ki, borunu Türkmənistan qazı ilə doldursunlar.

Qeyd edək ki, hal hazırda Timoşenkonun təklif etdiyi layihənin alternativi üzərində iş aparılır. Türkmənistan, Qazaxstan və Rusiya Xəzəryanı qaz kəmərinin yaradılması barədə razılaşma əldə ediblər. Bu qaz borusu Türkmənistan yataqlarından Qazaxstanın ərazisinə və ordan Rusiyadan keçərək RF vahid qaznəqlolunma sisteminə birləşəcək.

Buna cavab olaraq, Türkmənistanın XİN Timoşenkonun bəyanatına aydınlıq gətirmək məqsədi ilə 30 yanvar xüsusi bəyanat yaydı.

"İzvestiya" qəzetinin yazdığına görə, Aşxabadda Ukraynanın baş nazirinin 28 yanvar Brüsseldə, Avropa parlamentinə təqdim etdiyi White Stream layihəsi barədə "heç bir məlumat yoxdur". Türkmənistanda hesab edirlər ki, bu növ müzakirələrin əsası yoxdur.

XİN bəyanatında deymilir ki, beynalxalq qaz borularının çəkilməsi barədə təşəbbüs enerji istehsal edən olkələrdən səslənməlidir.

Timoşenko öz çıxışında onuda qeyd etmişdir ki, bir mənbədən asılılıqı azaltmaq lazımdır, Lenta.ru xəbər verir. .

Xəbər lenti

Xəbər lenti