...

İsrailin qoşunları HƏMAS rejimini devirə bilər – Ehud Barak

Dünya xəbərləri Materials 2 Mart 2008 13:13 (UTC +04:00)
İsrailin qoşunları HƏMAS rejimini devirə bilər – Ehud Barak

İsrail Qəzza sektorunda irimiqiyaslı əməliyyatların keçirilməsinə və fələstin torpaqlarında höküm sürən islam rejimini devirməyə hazır olmalıdır. RİA Novosti xəbər verir ki, bu barədə bazar günü İsrailin müdafiə naziri Ehud Barak bəyan edib.

İsrail qoşunları şənbə günü 60 yaxın insanı öldürüb. Yerli KİV şənbə hadisələrini, 2000-ci ildən bəri - ikinci intifadanın başlanmasından fələstin-israil qarşıdurmasında qanlı gün kimi tarixə yazıblar.

"Hal hazırda bu hələ irimiqiyaslı yerüstü əməliyyat deyil, o şəxs ki, deyir əməliyyat olmayacaq, bunu yalnız öz adından deyə bilər", - Barak qoşunların "Qaley ÇAXAL" radiostansiyasında çıxışı zamanı bildirib.

Yürüşün məqsədi, nazirin sözlərinə görə, "HƏMAS rejiminin zəiflətməsi və ya onun devirməsidir".

"Biz bu prespektivlərdən fərəhlənmirik, lakin onlardan vaz keçməyəcəyik", - Barak "Kol İsrael" radiostansiyasına müsahibəsi zamanı bildiri.

HƏMAS islam hərəkatı, Qəzzada hakimiyyəti ələ keçirib, İsraili tanımır və silahlı müqaviməti dayandırmır.

Xəbər lenti

Xəbər lenti