...

Hollandiyalı rejissor Q.Vilders internetdə Quran haqqında qalmaqallı film yerləşdirib

Dünya xəbərləri Materials 28 Mart 2008 12:45 (UTC +04:00)

Hollandiyalı rejissor-siyasətçi Qeert Vilders internetdə Quran haqqında qalmaqallı film yerləşdirib. Film Avropda müsəlman ictimaiyyətinin etiraz dalğasına səbəb olub. 15 dəqiqəlik film martın 27-də axşam veb-saytlardan birində peyda olub. Associated Press-in məlumatına görə, bundan dərhal sonra Niderland telekanalları filmdən fraqmentlər göstəriblər.

Niderland hökuməti əvvəllər dəfələrlə Q.Vildersdən filmi teleekranlarda nümayiş etdirməməyi xahiş edib və filmin ölkədə islamçı terrorçuların növbəti partlayışına səbəb olacağı barədə xəbərdarlıq edib. Holland telekanalları filmi nümayiş etdirməkdən imtina ediblər. Lakin inadkar rejissor filmi internetdə yerləşdirmək üçün üsul tapıb.

"Fitnə" sənədli filmi islamı dünyaya təhlükə kimi təsvir edir. Filmdə 2001-ci ilin 11 sentyabrında Nyu-Yorkdakı terror aktları və 2004-cü ildə islam fanatiki tərəfindən holland rejissor Teo Van Qoqun öldürülməsi ilə bağlı kadrlar nümayiş edilir. Bu kadrlar islamın radikal mənəvi liderləri və Qurandan sitatların fonunda nümayiş etdirilir.

Xəbər lenti

Xəbər lenti