...

Mixail Saakaşvili abxazlara gürcü dövlətində xüsusi yer təklif edir

Dünya xəbərləri Materials 29 Mart 2008 08:37 (UTC +04:00)
Mixail Saakaşvili abxazlara gürcü dövlətində xüsusi yer təklif edir

Gürcüstan, Tbilisi, 28 mart / Trend müxbir N.Kirüxalia/ Gürcüstan abxazların təhlükəsizliyini gürcü dövlətində təmin etmək niyyətindədir. "Mən elə bir ölkədə böyümüşəm ki, orada gürcülər milli azlığı təşkil edirdilər, və bu səbəbdən mən milli azlıqların hüquqlarını müdafiə edənlərdən biriyəm, xüsüsən də abxazların", deyə prezident Mixail Saakaşvili Tbilisidə çıxışı zamanı bildirib.

"Abxazlar bizim üçün xüsusi millətdir, abxaz dili isə Gürcüstanda dövlət statusuna malikdir. Biz abxaz televiziyası açmaq niyyətindəyik", - deyə o bildirdi.

"Bu gün abxazlar üçün prespektiv - 45-50 min nəfərin müstəqilliyidir, hansılar ki indi orda yaşayırlar. Bu cəfəngiyyatdır, yalandır. Ya onlar Gürcüstanla olmalıdırlar, ya da onları etnik məhv etmə gözləyir. Çünki ora 50 min rus köçürtmək istəyirlər və bu şəraitdə onlar milli azlığa çevriləcəklər. Bu Moskvanın Suxumiyə təklif etdiyidir", - deyə Saakaşvili vurğulayıb.

O, onu da qeyd edib ki, Abxaziyada heç bir zaman təhlükəsiz rejim olmayacak, çünki ora münaqişə ocağıdır. "Mən abxazları Poti və Sameqrelo portlarının inkişafında iştrak etməyi çağırıram, bu da öz növbəsində bizə Okamkira portunun inkişafını təmin etmək imkanını verəcək", - deyə o bildirib.

"Biz həmçinin Abxaziyaya Gürcüstanın bütün dövlət orqanlarında nümayəndəlik təklif edirik, vise-prezident postunu və Gürcüstanın dövlət hakimiyyətinin mərkəzləşdirilmiş qərarlarına, hansılar ki abxazların maraqlarına toxunacaq, veto qoymaq hüququ veririk" - deyə prezident qeyd etdi.

"Biz, xarici qüvvələr tərəfindən dayandırılan, dlanışıqları davam etdirmək təklifini veririk və fikirləşirəm ki, biz razılığa gələ bilərik" - deyə prezident bildirib.

Xəbər lenti

Xəbər lenti