...

Gürcüstan prezidenti rusiyalı həmkarından ölkəsinə qarşı təcavüzü dayandırmağı tələb edib

Dünya xəbərləri Materials 22 Aprel 2008 15:40 (UTC +04:00)
Gürcüstan prezidenti rusiyalı həmkarından ölkəsinə qarşı təcavüzü dayandırmağı tələb edib

Gürcüstan, Tbilisi, 22 aprel / Trend , müxbir N.Kirtsxalia/ Gürcüstan prezidenti bu gün rusiyalı həmkarı Vladimir Putin ilə telefon əlaqəsi saxlayıb. Bu barədə çərşənbə axşamı Gürcüstan xalqına müraciətində Mixail Saakaşvili bəyan edib və bunun "asan danışıq" olmadığını qeyd edib.

"Söhbət bizim təşəbbüsümüz əsasında olub və Gürcüstan ətrafında yaranan son hadisələr barədə baş tutub", - deyə gürcü lideri bildirib.

"Mən qəti olaraq Rusiya aktının aradan qaldırılmasını və Gürcüstana təcavüzkar hücumlara son qoyulmasını tələb etdim", - deyə o vurğulayıb.

Prezident bazar günü səhər Rusiyanın MİQ-29 təyyarəsinin Gürcüstan DİN-ə məxsus olan pilotsuz təyyarəyə zərbə endirməsinə dair məlumatı təsdiq edib. "Bu, BMT Nizamnaməsinin kobud şəkildə pozulması və suveren dövlətə qarşı təcavüz aktı deməkdir. Bununla yanaşı, zərbə əsassız yerə endirilib", - deyə o bildirib.

"Bu, bombalanmağımıza dair birinci fakt deyil. Abxaziya ərazilərinin bombalandığı 1992-ci ili xatırlayaq. O zaman təxminən 500 min insan Rusiya tərəfindən atılan bombalardan və ərazilərinə daxil olmuş döyüşçülərdən qaçmaq məcburiyyətində qalmışdı. Məhz həmin vaxtda gürcülərin etnik təmizlənməsi prosesi həyata keçirilərək yeni qeyri-insani rejim qurulmuşdu. Biz bütün dünyanı bombalandığımız barədə inandırdığımız zaman, rusiyalı nazir həyasızcasına bəyan etmişdi ki, gürcülər özlər-özlərini bombalayırlar. Ötən il bizi Kodor dərəsində bombalamışdılar və o zaman biz, Rusiyanın Mİ-24 hərbi vertolyotları tərəfindən bombalandığımızı sübut edə bilmişdik. Ötən il həmçinin Tsitelubanidə bombalanmaya məruz qalmışdıq və o vaxt da bunların Rusiya təyyarələri olduğunu sübut etmişdik", - deyə o bildirib.

Saakaşvili qeyd edib ki, indi Gürcüstan tərəfi "lentə alınan dəqiq, təkzibedilməz məlumatlara malikdir və orada Gürcüstan təyyarəsinin Rusiyanın hərbi MİQ-29 təyyarəsi tərəfindən vurulduğu aydın şəkidə görünür. "Bu, bütün beynəlxalq normalar üzrə qəbuledilməz və dostluqdan kənar bir aktdır, lakin bizim üçün Rusiyanın Gürcüstanın separatçı regionlarının müstəqilliyinin leqallaşdırılması üçün atdığı hüquqi addımlar da təhlükəlidir", - deyə Saakaşvili qeyd edib.

"Bu, ikinci Dünya Müharibəsindən sonra görünməmiş çağırışdır. Gürcüstan Rusiyanın tamamilə həyasız və təzavüzkar cəhdlərinin qurbanıdır", - deyə o bildirib. Prezident həmçinin münasibətlərin kəskinləşməsinə yol verməmək üçün beynəlxalq ictimaiyyət və dövlətlərin bütün liderləri ilə əlaqələr yaratdığını qeyd edib.

"Aİ, NATO və bir çox ölkələr Rusiyanın fəaliyyəti ilə bağlı presedentsiz kəskin bəyanatlar verib və Rusiyanın qərarının ləğv edilməsini tələb edir", - deyə Saakaşvili bildirib.

Prezident öz xalqına və hökumətinə inandığını bildirib və qeyd edib ki, "Gürcüstan nizamlanmanın sülh yolları üçün axtarışları davam etdirəcək, lakin gürcülər hər bir halda sələflərinin miras qoyduğu torpaqları uğrunda son damla qanlarını axıtmağa hazırdırlar".

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti