...

Qazaxıstanda daxili miqrasiyanın nizamlanması üzrə Dövlət Proqramı hazırlanır

Dünya xəbərləri Materials 31 İyul 2008 19:03 (UTC +04:00)

Qazaxıstan, Almatı, 31 iyul / Trend , müxbir R.Məşədihəsənli/ Qazaxıstanda 2009-2011- ci illərdə daxili miqrasiyanın nizamlanmasına istiqamətlənmiş Dövlət Proqramı hazırlanır. Bu barədə cümə axşamı Qazaxıstan hökumətinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Berdibek Saparbayev bildirib.

"Proqramın məqsədi daxili miqrasiya, geri qayıdan etnik qazaxların, keçid dövründə Qazaxıstanı tərk etmiş vətəndaşların köklü əsasda səmərəli yerləşməsinin, qazaxıstanlıların demoqrafik və sosial-iqtisadi inkişaf maraqları əsasında ölkənin depressiv və az məhsuldar regionlarına köçürülməsinin nizamlanmasından ibarətdir", - deyə Saparbayev bildirib. 

Nazirin sözlərinə görə, daxili miqrasiyanın "hazırda ildə 300 min nəfər səviyyəsində stabilləşdirilməsinə baxmayaraq, o, təbii mahiyyət daşıyır".

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti