...

ABŞ Gürcüstanın təhlükəsizliyini təmin etməlidir – Lex Kaçinski

Dünya xəbərləri Materials 13 Avqust 2008 14:52 (UTC +04:00)
ABŞ Gürcüstanın təhlükəsizliyini təmin etməlidir – Lex Kaçinski

Gürcüstan, Tbilisi, 13 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Polşa prezidenti Lex Kaçinski atəşkəs haqqında sənədə Gürcüstana münasibətdə ərazi bütövlüyü prinsipinin tanınması faktının da əlavə edilməsini tələb edib. "Bu prinsip çox illər Avropada vəziyyəti qoruyub və bu pozularsa, Avropanı xaos gözləyir", - deyə Kaçinski Litva, Gürcüstan, Estoniya prezidentləri və Latviya Baş nazirinin Tbilisidə birgə brifinqində bildirib.

"Əlbəttə ki, Rusiyanın ləyaqət hüququ var. Lakin kim onlara Gürcüstanda özlərini bu şəkildə aparmaq hüququ verib? Nəyə görə Avropanın iri dövlətləri Rusiyanın müstəqil dövlətə qarşı belə hərəkət etməsinə imkan veriblər?", - o bəyan edib.

"Aİ Gürcüstanda sülhün təmin edilməsi üçün daha fəal tədbirlər görməlidir. Təəssüf ki, qəbul edilən sənədlər kağız üzərində qalır və reallıqda Gürcüstan aşkar təcavüzə məruz qalır", - Polşa prezidenti qeyd edib.

"Mən ən böyük müttəfiqimiz - qlobal təhlükəsizliyə görə cavabdeh ABŞ-ı Gürcüstanda təhlükəsizliyi təmin etməyə çağırıram, axı kiçik xalqların da təhlükəsizlik hüququ var. ABŞ təhlükəsizlik istəyirsə, o halda indi Gürcüstanda qəti hərəkətlərə başlamaq üçün zəruri vəziyyət yaranıb", - o bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti