...

Qoşunların Cənubi Osetiyadan geri çağırılması tarixi məlum deyil – RF Baş Qərargahı rəisinin müavini

Dünya xəbərləri Materials 14 Avqust 2008 18:03 (UTC +04:00)
Qoşunların Cənubi Osetiyadan geri çağırılması tarixi məlum deyil – RF Baş Qərargahı rəisinin müavini

Rusiya, Moskva, 14 avqust / Trend , müxbir R.Ağayev/ Rusiya tərəfi qoşunların Cənubi Osetiyadan geri çağırılması tarixini açıqlamağa hazır deyil, çünki plan təsdiq olunmayıb. Bu barədə cümə axşamı Moskvada keçirilən brifinqdə Rusiya Federasiyası Baş Qərargahın rəis müavini Anatoli Noqovitsın bildirib.

"Qoşunların Cənubi Osetiyadan çıxarılmasına dair lazımi əmrlər Baş Komandana verilib. Hazırda planlaşdırma prosesi gedir. Çıxarılma tarixini deməyə mən, sadəcə, hazır deyiləm, çünki plan təsdiq olunmayıb. Qoşunlar ilkin dislokasiya məntəqəsinə qaytarılı", - deyə Noqovitsın bildrib.

Xəbər lenti

Xəbər lenti