...

Gürcüstan və Türkiyə regional təhlükəsizlik sisteminin yaradılması və yardım göstərilməsi məsələsini müzakirə ediblər

Dünya xəbərləri Materials 14 Avqust 2008 20:08 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 14 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan regional təhlükəsizlik sisteminin yaradılması üzrə Türkiyə tərəfi ilə dialoq aparmağa hazırdır. Bu barədə cümə axşamı Gürcüstan prezidenti Mixail Saakaşvili Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında məlumat verib.

"Biz böhrandan çıxmaq üçün Türkiyə tərəfi ilə dialoqu davam etdirəcəyik. Biz Gürcüstana böyük humanitar yardım göstərən Türkiyəyə minnətdarıq", - o bildirib.

"Biz razılığa gəlmişik ki, Rusiya işğalı başa çatdıqdan sonra Türkiyə ilə Qori və digər obyektləri birgə bərpa edəcəyik. Bu məsələdə biz artıq qardaş Türkiyənin dəstəyini almışıq", - Gürcüstan prezidenti bildirib.

"Biz gələcəkdə belə vəziyyətin baş verməsinə imkan verməyəcək təhlükəsizlik sisteminin yaradılmasına dair işi davam etdirəcəyik", - o bildiri.b

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti