...

Bazar etrəsi Qırğızıstan Baş naziri "Boinq-737" təyyarəsinin qəzaya uğraması ilə bağlı fövqəladə iclas keçirib

Dünya xəbərləri Materials 25 Avqust 2008 11:37 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 25 avqust/ Trend , müxbir R.Məşədihəsənli/ Bazar etrəsi Qırğızıstan Baş naziri İqor Çudinov "Boinq-737" təyyarəsinin qəzaya uğraması ilə bağlı fövqəladə iclas keçirib.

Qırğızıstanın "İtek Air" aviaşirkətinə məxsus və İranın "Asiman" şirkəti tərəfindən icarəyə götürülən "Boinq-737" tipli təyyarə yerli vaxtla saat 20.30-da Bişkek-Tehran reysi ilə uçuşa başlayıb. 20.35-də ekipajın texniki səbəbdən geri dönməklə bağlı sorğusu daxil olub. Lakin qəza nəticəsində uçuşu davam etdirmək mümkün olmayıb və təyyarə "Manas" hava limanından iki kilometr aralıda, Cangi-Cer kəndi yaxınlığında yerə düşüb və tamamilə yanıb.

İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 83 sərnişin, altı heyət üzvü və  "Аsserman air" aviaşirkətinin nümayəndəsi olub. İnsan təlafatı var. 65 nəfər həlak olub, 22 nəfər xəstəxanadadır. Üç nəfərə ilkin tibbi yardım göstərildikdən sonra evə buarxılıb.

Fövqəladə hallar naziri Kamçibek Taşiyevin sözlərinə görə, hadisə yerində xilasetmə işləri avqustu 25-də saat 6.30-da başa çatıb.

Xəbər lenti

Xəbər lenti