...

"Boinq-737" təyyarəsinin qara qutusu Qırğızıstanın Baş Prokurorluğundadır

Dünya xəbərləri Materials 25 Avqust 2008 11:42 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 25 avqust/ Trend , müxbir R.Məşədihəsənli/ Dünən qəzaya uğramış "Boinq-737"təyyarəsinin qara qutusu hazırda Baş Prokurorluqdadır. Bu barədə mətbuat konfransında nəqliyyat və kommunikasiya naziri Nurlan Sulaymanov deyib.

Aviaqəzanın baş vermə səbəblərini Mülki Aviasiya Departamenti və Dövlətlərarası Aviasiya Komitəsinin (Moskva şəhəri) ekspertlərindən ibarət xüsusi komissiya müəyyənləşdirir.

Qırğızıstanın "İtek Air" aviaşirkətinə məxsus və İranın "Asiman" şirkəti tərəfindən icarəyə götürülən "Boinq-737" tipli təyyarə yerli vaxtla saat 20.30-da Bişkek-Tehran reysi ilə uçuşa başlayıb. Lakin qəza nəticəsində uçuşu davam etdirmək mümkün olmayıb və təyyarə "Manas" hava limanından iki kilometr aralıda, Cangi-Cer kəndi yaxınlığında yerə düşüb və tamamilə yanıb.

Hökumətdən verilən ilkin məlumatlara əsasən, təyyarənin göyərtəsində 83 sərnişin, altı heyət üzvü və  "Аsserman air" aviaşirkətinin nümayəndəsi olub. Sərnişinlərin ümumi sayından 24-ü Qırğızıstan, 52-i İran, 2-i Kanada, 1-i Türkiyə, 3-ü Qazaxıstan və 1-i Çin vətəndaşıdır.

Xəbər lenti

Xəbər lenti