...

NATO-nun Gürcüstanın müdafiə qabiliyyətinin qiymətləndirilməsi üzrə xüsusi missiyası Tbilisiyə səfər edəcək

Dünya xəbərləri Materials 3 Sentyabr 2008 13:52 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 03 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ NATO nümayəndə heyəti sentyabrın 7-də Tbilisiyə səfər edəcək. Bu barədə jurnalistlərə Gürcüstanın Şimali Atlantika Alyansındakı nümayəndəsi Revaz Beşidze məlumat verib.

"Bu, Alyansın Gürcüstanın müdafiə sahəsindəki vəziyyəti öyrənəcək müdafiənin planlaşdırılması üzrə nümayəndə heyətidir", - deyə Beşidze bildirib. Onun sözlərinə görə, ekspert qrupu Rusiyanın hərbi müdaxiləsi zamanı Gürcüstanın müdafiə və təhlükəsizlik sahələrinə dəyən ziyanı qiymətləndirəcək.

Beşidze bildirib ki, nümayəndə heyətinin səfərdə məqsədi hərbi infrastrukturun bərpası üçün Gürcüstana yardım planının hazırlanmasından ibarətdir.

Sentyabrın 15-16-da Tbilisidə alyansın Baş katibi Yap de Hoop Sxefferin sədrliyi ilə NATO şurası keçiriləcək.

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, "Gürcüstanı sülhə məcburetmə əməliyyatı"nın dayandırılması barədə qərar qəbul edib.

Gürcüstan ərazisində Rusiya sülhməramlı qüvvələri və beynəlxalq müşahidəçilərin saxlanılması barədə qərar qəbul olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti