...

Avropa Mərkəzi Bankı faiz dərəcəsini dəyişməz saxlayıb

Dünya xəbərləri Materials 4 Sentyabr 2008 19:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 sentyabr/ Trend Cap , müxbir A.Bədəlova/ Avropa Mərkəzi Bankı (AMB) cümə axşamı keçirilən iclasında baza faiz dərəcəsini 4,25 faiz səviyyəsində dəyişməz saxlamaq barədə qərar qəbul edib. Bu qərar əksər analitiklərin proqnozları ilə üst-üstə düşüb.

Bankın rəhbəri Jan-Klod Trişe AMB-nin iclasının yekunları üzrə keçirilən mətbuat konfransında bildirib ki, Mərkəzi Bankın əsas vəzifəsi ortamüddətli planda qiymət sabitliyinin saxlanılmasıdır.

"Biz inflyasiya üzrə ortamüddətli və uzunmüddətli gözləmələrin saxlanılmasına yanaşmamızda qətiyik", - Trişe "Vesti" telekanalının birbaşa efirində yayımlanan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu, ortamüddətli planda alıcı sabitliyini, həmçinin, nəzərəçarpacaq və sabit artımı, məşğulluğu dəstəkləyəcək.

Mərkəzi Bankın rəhbəri 2008 - ci ildə Avrozonada real ÜDM-in azaldığını qeyd edib.

Avropa Mərkəzi Bankı 2007- ci ildən bəri ilk dəfə olaraq inflyasiya ilə mübarizə məqsədilə, iyul iclasında uçot dərəcəsini 0,25 bənd artırıb. Bankın məqsədli inflyasiya səviyyəsi 2 faizdir.

"Avrostat" statistika bürosunun ilkin məlumatlarına əsasən, cari ilin avqustunda illik hesablamada Avrozonaya daxil olan 15 ölkədə inflyasiya 3,8 faiz olub. İyulda isə, bu göstərici 4,1 faizə bərabər olub.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) proqnozuna əsasən, 2008 - ci ildə Avrozonada iqtisadi artım 1,3 faiz olacaq. Əvvəllər bu regionda artım göstəricisinin 1,7 faiz olacağı proqnozlaşdırılırdı.

İngiltərə Bankının kredit-pul siyasəti komitəsinin cümə axşamı keçirilən iclasında uçot dərəcəsini dəyişiklik edilmədən 5 faiz səviyyəsində saxlamaq barədə qərar qəbul edilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti