...

Hesab edirik ki, Rusiya və Avropa arasındakı uzunmüddətli əməkdaşlığın perspektivi haqda düşünmək lazımdır - İtaliya XİN rəhbəri

Dünya xəbərləri Materials 4 Sentyabr 2008 23:57 (UTC +04:00)
Hesab edirik ki, Rusiya və Avropa arasındakı uzunmüddətli əməkdaşlığın perspektivi haqda düşünmək lazımdır - İtaliya XİN rəhbəri

Azərbaycan, Bakı, 4 sentyabr / Trend müxbir İ.Sultanov/ Düşünürəm ki, Avropa Birliyi gürcü-rus münaqişəsi ilə bağlı balanslaşdırılmış mövqe sərgiləyib. Bunu Rusiya XİN rəhbəri ilə birgə mətbuat konfransı zamanı İtaliya XİN başçısı Franko Frattini bəyan edib. Onun sözlərinə görə, bu məsələdə əsasən "Rusiya təcrid olunmamalıdır" fikri hökmranlıq edirdi. "İtaliya bu fikri dəstəklədi. Ona görə də Sarkoziyə müraciət olundu ki, Moskvada daha bir görüş keçirilsin. Bu, AB-nin Rusiya ilə əməkdaşlıq etmək niyyətini nümayiş etdirir", - deyə o vurğulayıb.

Frattini qeyd edib ki, AB regionda sabitliyin bərqərar olması üçün bütün addımları alqışlayır. "Hesab edirik ki, Rusiya ilə Avropa arasındakı uzunmüddətli əməkdaşlığın perspektivi haqda düşünməyin əhəmiyyətini unutmaq olmaz", - deyə italiyalı diplomat əlavə edib.

Xəbər lenti

Xəbər lenti