...

Dünya Ahıska Türkləri Şurasının növbəti iclası oktyabrın 11-də Ankarada keçiriləcək

Dünya xəbərləri Materials 18 Sentyabr 2008 07:51 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 18 sentyabr / Trend müxbir R.Məşədihəsənli/ Dünya Ahıska Türkləri Konfederasiya Şurasının növbəti iclası bu il oktyabrın 11-də Ankarada keçiriləcək. Bu barədə Trend müxbirinə Qırğızıstandakı Ahıska Türkləri Mədəniyyət Mərkəzinin sədri, Konfederasiya Şurasının üzvü Mürəfəddin Sakimov məlumat verib.

Sakimovun sözlərinə görə, avqust ayında Konfederasiya Şurasının növbəti iclasının Tiflisdə keçirilməsi nəzərdə tutulurdu. Lakin Gürcüstandakı durumla əlaqədar olaraq həmin toplantı təxirə salınıb və həmin tədbirin bu il oktyabrın 11-də Türkiyənin Ankara şəhərində keçirilməsi qərara alınıb.

1944-cü ildə öz tarixi vətənləri olan Gürcüstanın Ahıska vilayətindən Qazaxıstan və Orta Asiya respublikalarına sürgün olan, hazırda isə ABŞ, Rusiya da daxil olmaqla, Türkiyə, Azərbaycan, Qazaxıstan, Ukrayna, Qırğızıstan və Özbəkistanda məskunlaşan ahıska türklərinin liderləri bu il iyunun əvvəllərində Ankara şəhərində toplanaraq Dünya Ahıska Türkləri Konfederasiya Şurasını yaradıblar.

Qarşıdakı görüşdə Gürcüstandakı ata-baba yurduna qayıdışla bağlı Avropa Birliyinin Gürcüstan hökuməti qarşısında qoyduğu vəzifələrin necə həyata keçirildiyi və bir sıra həlli vacib məsələlər müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti