...

Gürcüstan prezidentinin çərşənbə axşamı BMT Baş Assambleyasında çıxışı planlaşdırılır

Dünya xəbərləri Materials 22 Sentyabr 2008 12:54 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 22 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan prezidenti Mixail Saakaşvilinin çərşənbə axşamı BMT Baş Assambleyasının 63-cü sessiyasında çıxışı gözlənilir. Bu barədə artıq Nyu-Yorkda olan Gürcüstan nümayəndə heyəti məlumat verib.

Prezidentin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyəti cümə günü günün ikinci yarısında Nyu-Yorka səfər edib. ATƏT-in Parlament Assambleyasının Torontoda keçirilən iclasında iştirak edən Gürcüstanın xarici işlər naziri Yekaterina Tkeşelaşvili bazar günü nümayəndə heyətinə qoşulub.

Nazir bu gün Avropa Şurasının Baş katibi Terri Devis və Avropa komissarı Benita Ferrero-Valdner ilə görüşlər keçirəcək.

Gürcüstanlı ekspertlərin rəyinə görə, prezident Saakaşvili çıxışında diqqəti cari ilin avqustunda baş verən gürcü-rus münaqişəsinin səbəblərinə yönəldəcək.

Gürcüstanlı ekspertlər həmçinin hesab edirlər ki, Rusiya Abxaziyada BMT missiyasının yerləşdirilməməsi barədə qərarın qəbul edilməsinə çalışacaq. Lakin onların fikrincə, ABŞ belə bir qərara mütləq veto qoyacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti