...

Sürgündə yaşayan ahıska türkləri Ankarada bir araya gələcəklər

Dünya xəbərləri Materials 23 Sentyabr 2008 09:01 (UTC +04:00)

Qazaxıstan, Almatı, 23  sentyabr / Trend müxbir R.Məşədihəsənli/  Hazırda Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər ölkələrdə yaşayan ahıska türklərinin liderləri oktyabrın 11-də Ankarada görüşəcəklər. Bu barədə Trend müxbirinə məlumat verən Ümumdünya Ahıska Türkləri Konfederasiyası Şurasının sədri, Qazaxıstandakı Ahıska Türkləri Milli Mərkəzinin rəhbəri Ziyaeddin İsmixanoğlu deyib ki, ahıska türklərinin Gürcüstandakı tarixi vətənlərinə qayıdışı məsələsi bu ölkə rəhbərliyinin səmimiyyətinə bağlıdır. їSürgün həyatına məhkum olunan ahıskalıların başlıca məqsədi illər boyu Sovet İmperiyası tərəfindən ört-basdır edilmiş tarixi bir həqiqətin üzə çıxarılmasıdırї ї deyə o bildirib.

Z.İsmixanoğlunun sözlərinə görə, ahıska türklərinin haqq-ədalət yolundakı mücadiləsinə ən böyük dəstək AB və Türkiyədən gəlir: їBizi çox məsələlər narahat edir. İnşallah oktyabrın 11-də dünyanın 9 ölkəsində məskunlaşan ahıska türkləri liderlərinin toplantısında həmin suallara cavab axtaracağıqї.

Bu il iyunun əvvəllərində  ABŞ, Rusiya da daxil olmaqla, Türkiyə, Azərbaycan, Qazaxıstan, Ukrayna, Qırğızıstan və Özbəkistanda məskunlaşan ahıska türklərinin liderləri Ankara şəhərində toplaşaraq Dünya Ahıska Türkləri Konfederasiya Şurasını yaradıblar.

Xəbər lenti

Xəbər lenti