...

Dəniz quldurları Ukraynanın hərbi texnika ilə yüklü gəmisini ələ keçiriblər

Dünya xəbərləri Materials 26 Sentyabr 2008 01:51 (UTC +04:00)
Dəniz quldurları Ukraynanın hərbi texnika ilə yüklü gəmisini ələ keçiriblər

Dəniz quldurları Keniya istiqamətində gedən Ukrayna gəmisini tutublar. Həmin gəmi hərbi texnika ilə yüklü olub. Bu barədə Ukraynanın "5-ci kanalı" məlumat yayıb.

Telekanalın xəbərinə görə, gəmində 30 ədəd T-72 markalı tank olub.

Olayın digər detalları barədə hələlik məlumat yoxdur.

RİA Novosti agentliyinin "5-ci kanal"a istinadən yaydığı xəbərə görə, Ukrayna XİN-i bu məlumata hələ ki hərh vermir.

Xəbər lenti

Xəbər lenti