...

Gürcüstanın birinci xanımı Qazaxıstanda səfərdədir

Dünya xəbərləri Materials 29 Sentyabr 2008 16:18 (UTC +04:00)

Qazaxıstan, Astana, 29 sentyabr/ Trend , müxbir K.Konırova/ Gürcüstanın birinci xanımı Sandra Rulofs Qazaxıstana ikigünlük səfərə gəlib. Gürcüstanın Astanadakı səfirliyindən Trend - a verilən məlumata görə, qonaq günün birinci yarısında Qazaxıstanın səhiyyə naziri Anatoli Dernov ilə görüşüb və respublikada vərəmlə mübarizə məsələlərini müzakirə edib.

Günün ikinci yarısında Astanada Milli Səhiyyə Mərkəzinin ziyarəti planlaşdrılıb.

Daha sonra Gürcüstanın birinci xanımı Almatıya gedcək. Rulofs orada Mamalıq və Ginekologiya Mərkəzi, Uşaq Peritonal Mərkəzi və Vərəmin Müalicəsi üzrə Milli Mərkəzə baş çəkmək niyyətindədir. Bundan əlavə, Gürcüstan səfirliyinin məlumatına görə, birinci xanımın "Asiyanın sağlamlığı" Onkoloji Xəstələrə Yardım ictimai Fondunun ziyarəti də planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti