...

Ankara 15 əskərin həlak olduğu hadisəni törədənlərin yaxalanması və cəzalandırılmasını tələb edir - Türkiyə XİN

Dünya xəbərləri Materials 5 Oktyabr 2008 05:00 (UTC +04:00)
Ankara 15  əskərin   həlak   olduğu   hadisəni   törədənlərin   yaxalanması   və   cəzalandırılmasını   tələb   edir  -  Türkiyə  XİN

Türkiyə, Ankara, 5 oktyabr / Trend , müxbir T.Əliyev/ Ankara 15 əskərin ölümü ilə nəticələnən hadisəni törədənlərin yaxalanması və cəzalandırılmasını tələb edir, Türkiyənin Xarici İşlər Nazirliyinin şənbə günü yaydığı bəyanatda deyilir.

"Hücum cəhdində İraqın şimalındakı ağır silahların dəstəyindən istifadə edilmişdir. Hücumdan sonra İraq rəhbərliyi ilə əlaqə yaradılıb, məsələ ilə bağlı beynəlxalq hüquq çərçivəsində onların öhdəlikləri və məsuliyyətləri xatırladılıb. Qonşu İraqın hökümətindən üzərinə düşən məsuliyyət çərçivəsində zəruri addımların atılmasını gözləyirik", məlumatda bildirilir.

Şənbə günü gecə saatlarında İran və İrakla həmsərhəd olan Hakkəri əyalətində, Ağtütün deyilən yerdə yerləşən sərhəd zastavası Kürd Fəhlə Partiyasının separatistləri tərəfində hücuma məruz qalmışdır.

Döyüşdə artilleriyadan istifadə olunmuşdur .

Döyüşdə kürd separatisltləri 23 nəfər itirmişlər . Türk hərbi postuna hücüm zamanı 15 nəfər əskər ölmüş , 20 isə yralanmışdır .

Məqalə müəlifi ilə əlaqə ünvanı : trend@trend. az

Xəbər lenti

Xəbər lenti