...

ABŞ-da böhran - Corc Buş siyasətinin süqutu deməkdir - demokratlar partiyasından namizəd

Dünya xəbərləri Materials 8 Oktyabr 2008 08:00 (UTC +04:00)
ABŞ-da böhran - Corc Buş siyasətinin süqutu deməkdir - demokratlar partiyasından namizəd

Azərbaycan, Bakı, 8 oktyabr / Trend / ABŞ-dakı böhran ї Corc Buş siyasətinin süqutu deməkdir. Bunu Birləşmiş Şataların prezidentlik postuna demokratlar partiyasından namizəd, senator Barak Obama respublikaçılar partiyasından namizəd Con Makkeynlə birgə Neşvildə (Tennesi ştatı) keçirdiyi seçkiqabağı teledebatda deyib. 

"Mən hesab edirəm ki, bu böhran son səkkiz ildə Corc Buş tərəfindən aparılan uğursuz iqdisadi siyasətin nəticəsidir", - deyən Obama bu siyasətin senator Makkeyn tərəfindən daim dəstəkləndiyini vurğulayıb, RİA Novosti xəbər verir.

Obamanın sözlərinə görə maliyyə bazarlarındakı vəziyyət qətiyyətli addımların atılmasını tələb edir.

Obama Birləşmiş Ştatların misli-bərabəri görünməmiş ən böyük maliyyə böhranı içində olduğunu qeyd edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti