...

Gürcüstan parlamenti Konstitusiyaya bəzi dəyişiklikləri qəbul edib

Dünya xəbərləri Materials 11 Oktyabr 2008 11:20 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan parlamenti cümə günü sonuncu - üçüncü oxunuşda Konstitusiyaya dəyişikliklər haqqında iki layihəni ї Baş Prokurorluq və Ədliyyə Nazirliyinin birləşdirilməsi, həmçinin, parlament fraksiyasının yaradılması üçün zəruri olan deputatların minimal sayının altı deputatla müəyyənləşdirilməsi haqqında layihələri qəbul edib. Qərar yekdilliklə 117 səslə qəbul edilib.

Qəbul edilmiş düzəlişlərə əsasən, prokurorluq sistemi Ədliyyə Nazirliyinə birləşir və hökumətin bir hissəsi olur. Onlara ümumi rəhbərliyi  Ədliyyə Nazirliyi həyata keçirəcək.

Parlament birinci oxunuşda Konstitusiyaya daha bir düzəlişin lehinə səs verib. Bu düzəliş yeni Parlament seçildikdən sonra hökumətin istefasını və onun yenidən təsdiqlənməsini nəzərdə tutur. Mövcud Konstitusiyaya əsasən, hökumətə münasibətdə bu prosedur yalnız prezident seçildikdən sonra nəzərdə tutulurdu.

Bu düzəliş cari ilin fevralında əvvəlki çağırış parlamentdəki müxalifət tərəfindən irəli sürülsə də, indiyədək onu qəbul etmək mümkün olmurdu.

Xəbər lenti

Xəbər lenti