Ukrayna prezidenti Viktor Yuşşenko oktyabrın 13-də müvafiq qərarı ilə Kiyev şəhərinin Dairəvi İnzibati Məhkəməsini ləğv edib.
Sözügedən məhkəmənin yerinə dövlət başçısı Kiyev şəhərinin Mərkəzi İnzibati Məhkəməsininin yaradılması haqda sərəncam verib.
Oktyabrın 10-da Kiyev şəhərinin Dairəvi İnzibati Məhkəməsi Yuliya Timioşenko Blokunun müraciəti əsasında Yuşşenkonun Ali Radanın səlahiyyətlərinin dayandırılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsi ilə bağlı sərəncamının qüvvədən düşməsi haqda qərar çıxarıb. Məhkəmə həmçinin MSK-ya növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı istənilən iclasları keçirməyi yasaq edib. ( UNİAN )