Gürcüstan, Tbilisi, 17 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın Leyborist partiyası prezident Mixail Saakaşvilini "heç olmasa bir dəfə düşüncə göstərməyə və istefaya getməyə" çağırır. Partiyanın beynəlxalq katibi Nestan Kirtadze cümə günü mətbuat konfransında bəyan edib ki, Saakaşvilinin hər siyasi günündə Gürcüstan və bütün region üçün yeni təhdid və təhlükə var. O, partiyanın Cenevrə danışıqları ilə bağlı bəyanatı ilə mətbuatı tanış edib.
"Mixail Saakaşvili və onun məsuliyyətsiz siyasi komandası hakimiyyətlə gəlmələri ilə təcavüzkar siyasi ritorikanı canlandırıb, Abxaziya və Tsxinvali regionunun qəti şəkildə itirlməsi təhdidini yaradıblar. 2007-ci ildə rəhbərlik bir neçə qanunverici akt qəbul edib, 2007-ci il mayın 10 - da prezident "Müvəqqəti inzibati- ərazi vahidinin yaradılması və fəaliyyəti" adlı fərman imzalayıb. Saakaşvili əsrin cinayətini edi b və praktiki olaraq boşeviklərin 1922-ci il 20 aprel tarixli iki dekretini siyasi baxımdan bərpa edərək, Gürcüstan ərazisində iki Cənubi Osetiya yaradıb, Axalqori rayonunu onların tabeçiliyinə verib.
Saakaşvili qədim Kodor dərəsinin adını Yuxarı Abxaziyaya dəyişəndə də cinayət edib. Məlum avuqst hadisələrindən sonra bu ərazilər itirilib. Ağır nəticələr əldə edilib, Gürcüstan bir neçə kiçik dövlətə ayrılıb. Ən azı, gürcü nümayəndə heyətinin tərkibindən çıxış edərək, deyə bilərik ki, Cenevrə konfransı beşiyindəcə perspektivsiz olub. Tam məsuliyyəti ilə bəyan edirik ki, Saakaşvili rejimi dialoq və diplomatiyaya hazır olmayıb və olmayacaq.
O, yalnız açıq təcavüzə hazırdır və bununla, demək olar ki, artıq başa çatmış vaxt qazanır. İstisna deyil ki, hazırki rejimdə Gürcüstanın dağılması davam edəcək. Bundan çıxış edərək, Saakaşvilini prezident vəzifəsini tərk etməyə çağırırıq", - bəyanatda qeyd olunub.