Türkiyə, Ankara, 19 oktyabr / Trend News, müxbir T. Əliyev/ Antaliyada keçirilən 45-ci "Altın Portakal" Film Festivalı və 4-cü Beynəlxalq Avrasiya Film Festivalı çərçivəsində Azərbaycan kinosunun-110 adlı foto sərgi təşkil edilib. TÜRKSOY tərəfindən təşkil edilən sərginin açılışında həmin qurumun Baş direktoru Dusen Kaseinov, Türkitənin Mədəniyyət və Turizm Naziriliyinin nümayəndələri və Altın Portakal Festivalının təşkilatçıları iştirak ediblər.
TÜRKSOY təşkilatından Trend News-a verilən məlumata görə,Antaliya Muzeyində təşkil edilən 2 günlük sərgidə Azərbaycanın kino tarixini əks etdirən 60 fotoşəkil nümayiş etdirilir.