...

Polşa prezidenti Gürcüstanda baş vermiş insidentlə bağlı heç kimi günahlandırmamağı çağırıb

Dünya xəbərləri Materials 24 Noyabr 2008 06:03 (UTC +04:00)
Polşa prezidenti Gürcüstanda baş vermiş insidentlə bağlı heç kimi günahlandırmamağı çağırıb

Polşa prezidenti Lex Kaçinski Gürcüstanda baş vermiş insidentlə bağlı heç kimi günahlandırmamağı çağırıb. Belə ki, Kaçinskinin sözlərinə görə onun özü kortejin hərəkət marşrutunu dəyişməyi xahiş edib.

İTAR-TASS xəbər verdiyi kimi bu sözləri Polşa prezidenti Tbilisidən Varşavaya qayıtdıqdan sonra, bazar günü axşam bildirib. Hava limanında olarkən Kaçinski deyib, "Risk lazım idi. Gürcüstanda hər şey mənim icazəmlə olub. Mən qorxmadım".

Polşa prezidenti baş vermiş insidentlə bağlı Pusiya-Polşa münasibətlərinin hazırki vəziyyətini şərh etməkdən imtina etdi.

Qeyd edək ki, ötən gün Gürcüstan və Polşa prezidentlərinin korteji Cənubi Osetiya ilə sərhəd ərazidə, Axalqori rayonunda olarkən kortejin sərhədə yaxınlaşmasına cavab olaraq atəş açılıb.

Xəbər lenti

Xəbər lenti