...

Uqo Çavez 2021-ci ilə dək ölkəni idarə etmək niyyətindədir

Dünya xəbərləri Materials 1 Dekabr 2008 01:15 (UTC +04:00)
Uqo Çavez 2021-ci ilə dək ölkəni idarə etmək niyyətindədir

Venesuelanın lideri Uqo Çavez, ona 2021-ci ilə qədər hakimiyyətdə qalmasına imkan verən, Konstitusiyaya düzəlişlər etmək niyyətindədir, Frans Press agentliyi məlumat verir.

Hazırki Konstitusiyaya əsasən, Çavez 2013-cü ildə öz postunu tərk etməlidir, RİA Novosti xəbər verir.

"Mən, Venesuelanın Birgə sosialist partiyasına və öz xalqıma Konstitusiyaya ediləcək dəyişiklərin müzakirəsinə icazə vermişəm", Çavez bildirib.

Venesuelanın lideri dekabrın əvvəlində dövlət başçısı postuna təyinatının on illiyini qeyd edəcək.

Xəbər lenti

Xəbər lenti