...

Ali Rada cümə gününədək fasilə elan edib

Dünya xəbərləri Materials 2 Dekabr 2008 19:47 (UTC +04:00)

Ukrayna, Kiyev, 02 dekabr/ Trend , müxbir Z.Novosvitski/ Ukrayna Ali Radası cümə gününədək işində fasilə elan etmək qərarını böyük səs çoxluğu ilə qəbul edib.

Deputatlar bu iki gündən antiböhran qanun layihələrinin üzərində iş üçün istifadə etmək niyyətindədirlər. Ali Rada sədrinin birinci müavini Aleksandr Lavrinoviçin sözlərinə görə, deputatlar parlamentin işindəki fasilədən spikerin seçilməsi üzrə məsləhətləşmələrin və antiböhran Qanun layihələrinin hazırlanmasının başa çatdırılması üçün istifadə etməlidirlər.

Dünən prezidenyönlü "Bizim Ukrayna - Xalq Özünümüdafiə" fraksiyası parlamentin sədri vəzifəsinə xalq deputatı İvan Plyuşun namizədliyini irəli sürüb. Fraksiyanın bir hissəsi - "Xalq Özünümüdafiə" vətəndaş hərəkatı Plyuşun namizədliyini dəstəkləməmək barədə qərar qəbul edib. Parlamentin beş fraksiyasından üçü (Yuliya Timoşenko Bloku, Ukrayna Kommunist Partiyası, Litvin Bloku) bəyan edib ki, Plyuşun namizədliyini dəstəkləmək niyyətində deyillər. Regionlar Partiyası fraksiyası bu namizədliyə dair öz rəsmi mövqeyini açıqlamayıb.

Plyuş bu gün bildirib ki, hələ heç bir fraksiya ilə Ukrayna Ali Radasının sədri vəzifəsinə mümkün seçilməsi barədə məsləhətləşmələr aparmayıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti