...

İsraildə yol - nəqliyyat hadisəsinə sürücünün səhvi səbəb olub

Dünya xəbərləri Materials 16 Dekabr 2008 20:23 (UTC +04:00)
İsraildə yol - nəqliyyat hadisəsinə sürücünün səhvi səbəb olub

Azərbaycan, Bakı, 16 dekabr/ Trend ,  müxbir A.Qut/ Mitspe-Ramon və Eylat (İsrailin cənubunda) arasında baş verən ağır YNH-də (yol - nəqliyyat hadisəsi) ölənlərin sayı 30 nəfərə çatıb. Bu barədə İsrail televiziyasının ikinci kanalı xəbər verib. Faciə şahidlərindən birinin məlumatına görə, qəzaya qarşıda hərəkət edən maşını ötmək qərarına gələn və idarəetməni itirən sürücünün səhvi səbəb olub.

Onuncu telekanal xəbər verib ki, zərbənin gücündən avtobusda olan əksər turistlər pəncərələrdən çölə düşüblər. Şossenin xüsusi yol baryerləri ilə əhatə olunmasına baxmayaraq, zərbənin gücündən onlar hamısı dağılıb.

Turizm Nazirliyində rus dilində operativ qərargah açılıb. İsrail ekspertlərinin qiymətləndirməsinə görə, bu, İsrailin tarixində ən ağır avtomobil qəzasıdır. Ölənlərin sayının arta biləcəyi də xəbər verilir.

Səhiyyə Nazirliyi Eylatda istirahətdə olan bütün tibb işçilərini "Yoseftal" xəstəxanasına gəlməyə və zərər çəkənlərə yardım göstərməyə çağırıb. "Yoseftal" xəstəxanasından Trend -a bildiriblər ki, xəstəxanaya Rusiyadan olan 33 turist gətirilib, onlardan 23-ü ağır yaralıdır.

Xəbər lenti

Xəbər lenti