Türkiyə, Ankara, 23 dekabr/ Trend , müxbir A.Ələsgərov/ Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) prezidenti Mehmet Əli Tələt və Kiprin lideri Dimitris Xristofias arasında növbəti, sayca 13-cü görüş baş tutub.
Görüş adada vəziyyətin kompleks nizamlanması üzrə danışıqlar çərçivəsində keçirilib. "Tələt və Xristofias hələ bir çox məsələləri razılaşdırmalıdırlar. Onlar bu baxımdan lazımi qətiyyət göstərirlər", - BMT-nin Kipr üzrə xüsusi nümayəndəsi Aleksandr Dauner görüşün yekunları ilə bağlı jurnalistlərə bildirib.
Öz növbəsində, KKTC-nin lideri Tələt vurğulayıb ki, gələn il Kipr probleminin həlli istiqamətində işləri gücləndirəcəklər.