...

İsrail prezidenti Qəzzada atəşkəsin mümkünsüzlüyünü bildirib

Dünya xəbərləri Materials 4 Yanvar 2009 20:28 (UTC +04:00)
İsrail prezidenti Qəzzada atəşkəsin mümkünsüzlüyünü bildirib

İsrail prezidenti Şimon Peres bazar günü Qəzzada atəşkəsin mümkün olmadığını bəyan edib. Eyni zamanda dövlət başçısı İsrailin Qəzzanı işğal etmək fikrində olmadığını söyləyib. Bu barədə Reyters agentliyi yazır.

Prezident deyib: "Biz Qəzzanı işğal etmək və ya HƏMASı məhv etmək niyyətində deyilik, məqsədimiz terroru məhv etməkdir. HƏMASa ciddi dərs vermək lazım idi və o, bu dərsi almaqdadır". Bu fikirləri Peres ABC News telekanalında efirə çıxan "This Week" verilişində bildirib.

Prezident həmçinin atəşkəsin əldə olunmasını qətiyyətlə rədd edib: "HƏMASın ərazilərimizi atəşə tutması ilə barışa bilmərik".

Xəbər lenti

Xəbər lenti