...

BMT TŞ Qəzzadakı vəziyyəti müzakirə edir (YENİLƏNİB)

Dünya xəbərləri Materials 7 Yanvar 2009 07:41 (UTC +04:00)
BMT TŞ Qəzzadakı vəziyyəti müzakirə edir (YENİLƏNİB)

Azərbaycan, Bakı, 07 yanvar / Trend / Qəzzadakı son hadisələrlə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası başlayıb.

BMT-nin baş katibi Pan Qi Mun çıxışı zamanı bəyan edib ki, Yaxın Şərqdə atəşkəsin əldə edilməsi üçün növbəti həftə İsrail, Fələstin Muxtariyyəti və bölgənin aparıcı dövlətlərinin paytaxtlarına səfər edəcək.

O, həmçinin tərəfləri dərhal atəşi dayandırmağa çağırıb.

Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbas Misir və Fransa prezidentləri Hüsnü Mübarək və Nikolya Sarkozinin münaqişənin həlli üzrə irəli sürdükləri planı dəstəklədiyini bəyan edib. O deyib: "Məm münaqişənin həlli cəhdlərinə görə təşəkkürümü bildirmək və Hüsnü Mübarək və Nikolya Sarkozinin təklif etdikləri planı dəstəklədiyimi söyləmək istərdim".

İsrailin BMT-dəki səfiri Qabriela Şalev bildirib ki, son 8 ildə Qəzza zolağından İsrailə 8 min raket və mərmi atılıb. O deyib: "Dünyanın heç bir dövləti vətəndaşlarının təhlükəsizliyinə bu cür təcavüzlə barışa bilməz". Onun sözlərinə görə, HƏMAS sülh danışıqlarında maraqlı deyil.

Toplantıda bir sıra digər ölkələrin nümayəndələri də çıxış ediblər.

BMT Təhlükəsizlik Şurasının iclası bu gün davam edəcək.

Xəbər lenti

Xəbər lenti