Gürcüstan, Tbilisi, 09 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ Ukrayna ilə olan hadisədən göründüyü kimi, geosiyasi şantaj və risklərdən heç kəs müdafiə olunmayıb, - Gürcüstan prezidenti Mixail Saakaşvili cümə günü hökumətin iclasında bəyan edib.
"Yayda Gürcüstan, indi isə bütün Şərqi və Mərkəzi Avropa Rusiyanın təcavününün qurbanıdır", - Saakaşvili bildirib.
Onun sözlərinə görə, hazırda Belqrad, Sofiya və Kiyevdə soyuqdan ölürlər. Prezidentin bəyanatına görə, enerji şantajı baxımından ilk zərbəni Rusiya Gürcüstana endirib.