...

Bu gün Münhendə öz işinə başlayan beynəlxalq konfransda Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacaq

Dünya xəbərləri Materials 6 Fevral 2009 04:31 (UTC +04:00)
Bu gün Münhendə öz işinə başlayan beynəlxalq konfransda Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacaq

Bu gün Münxendə təhlükəsizlik üzrə sayca 45-ci Beynəlxalq konfrans öz işinə başlayır. Konfransda 50 ölkədən 300-dən çox Adam iştirak edəcək.

Konfransın təşkilat komitəsinin rəhbəri və sədri Volfqanq İşinger bildirib ki, konfransda Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Nikolya Sarkozi, Polşa baş naziri Donald Tusk, ABŞ-ın vitse-prezidenti Cozef Bayden, habelə müxtəlif ölkələrdən 50 nazirin iştirakı gözlənilir. Bu tədbirdə Rusiyanı baş nazirin müavini Sergey İvanov təmsil edəcək.

RİA Novosti agentliyinin məlumatına görə, əsas müzakirə mövzusu "NATO, Rusiya, qaz və Yaxın Şərq: Avropa təhlükəsizliyinin gələcəyi" olacaq. Bu mövzuda müzakirələr fevralın 7-də keçiriləcək. Günün ikinci yarısında isə daha iki mövzu - "Qlobal çağırışlar və dünya düzəninin böhranı" və "Bölgələrdəki qeyri-sabitlik: Cənubi Qafqaz və Balkanlar" ətrafında müzakirələr aparılacaq.

Yekun diskussiya bazar günü olacaq. Konfrans iştirakçıları "NATO-nun gələcyi və Əfqanıstandakı missiya" mövzusu ətrafında müzakirələr aparacaqlar. Hesabatlarla Almaniya müdafiə naziri Frans Yozef Yunq və Əfqanıstan prezidenti Həmid Karzay çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti