...

Moskvada Dövlət Dumasının vitse-spikerinin köməkçisi öldürülüb

Dünya xəbərləri Materials 6 Mart 2009 09:18 (UTC +04:00)
Moskvada Dövlət Dumasının vitse-spikerinin köməkçisi öldürülüb

Moskvada Rusiya Dövlət Dumasının vitse-spikerlərindən birinin köməkçisi Aleksey Belyayev öldürülüb. Bu barədə  RİA Novosti Rusiya paytaxtının hüquq-mühafizə orqanlarında mənbəsinə istinadən xəbər verir.

"Belyayevin cəsədi cümə axşamı Osenni bulvarında olan evində tapılıb. Cəsədə baxış zamanı milis əməkdaşları çoxlu sayda bıçaq yarası aşkar ediblər", deyə agentliyə bildiriblər.

Mənbənin məlumatına əsasən belyayev Dövlət Dumasının vitse-spikeri Aleksandr Babakovun köməkçisi idi.

Xəbər lenti

Xəbər lenti