...

Türkiyə Almaniyada baş vermiş faciə ilə əlaqədar olaraq başsağlığı verib

Dünya xəbərləri Materials 13 Mart 2009 18:40 (UTC +04:00)

Türkiyə, Ankara, 13 mart / Trend , müxbir A.Ələsgərov /

Türkiyə Prezidenti Abdulla Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğan Almaniyanın Vinnenden şəhərində baş vermiş faciə ilə əlaqədar olaraq başsağlığı verib.

Gülün Almaniya Federativ Respublikasının Prezidenti Horst Kellerə göndərdiyi məktubda deyilir ki, türk xalqı alman vətəndaşlarının qəminə şərikdir. "Türkiyə"nin verdiyi məlumata əsasən, Baş nazir Ərdoğan kansler Anqela Merkelə "alman xalqına və ölənlərin yaxınlarına" başsağlığı diləklərinin qeyd olunduğu məktub göndərib.

Almaniyanın Vinnnenden şəhərində yerləşən məktəblərdən birində baş verən atışma nəticəsində 16 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti