...

Yəməndə Cənubi Koreyanın nümayəndə heyətinə hücum olub, ölən yoxdur

Dünya xəbərləri Materials 18 Mart 2009 16:37 (UTC +04:00)

Yəmənin paytaxtı Sənada çərşənbə günü terrorçu-kamikadze beynəlxalq aeroport istiqamətində olan, Cənubi Koreyanın polis və diplomatlarından ibarət nümayəndə heyətinin hərəkət etdiyi yolda bomba partladıb. Bu barədə Yəmən polisinə istinadən Almaniyanın "dpa" agentliyi xəbər yayıb.

Hadisə Cənubi Koreyadan olan nümayəndə heyəti "Əl-dailami" hərbi bazasını tərk etdiyi zaman baş verib.

Partlayış nəticəsində yalnız terrorçu həlak olub.

"dpa" agentliyinin yerli polisə istinadən verdiyi xəbərə görə, bazar günü dörd cənubi koreyalı turist və onların yəmənli bələdçisi Yəmənin cənub-şərq vilayəti Hadramautda baş verən partlayış zamanı həlak olublar.

"Əl-Qaidə" terror təşkilatının Yəməndəki bazalarından biri Hadramautda yerləşir. 2008-ci ildə ölkədə iki belçikalı turist və üç yəmənli sürücü öldürülüb

Xəbər lenti

Xəbər lenti