...

Qazaxıstanda "KazMunayQaz" milli neft-qaz şirkətinin keçmiş prezidentinə hökm çıxarılıb

Dünya xəbərləri Materials 24 Mart 2009 14:03 (UTC +04:00)

Qazaxıstan, Astana, 24 mart / Trend , müxbir K.Arınova /

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin (MTK) mətbuat katibi Kenjebolat Beknazarov deyib ki, Qazaxıstanın Akmola qarnizonunun hərbi məhkəməsi "KazMunayQaz" milli neft-qaz şirkətinin keçmiş prezidenti Burkitbayevi mülkiyyəti müsadirə olunmaqla altı il həbs cəzasına məhkum edib.

"Ona Akmola qarnizonunun hərbi məhkəməsi tərəfindən CM-nin 176-cı maddəsinə əsasən, (özgənin etibar etdiyi mülkün israf edilməsi və mənimsənilməsi) mülkiyyəti müsadirə olunmaqla altı il həbs cəzası kəsilib", - Beknazarov deyib.

MTK əməkdaşı əlavə edib ki, Burkitbayev müəyyən olunmuş vaxt ərzində məhkəmənin qərarın öz etirazını bildirə bilər.

Avqustu sonlarında Qazaxıstan hökuməti Burkitbayevi "KazMunayQaz"ın prezidenti vəzifəsindən azad edib. İstefaya qədər o, şirkətdə üç aydan da az işləyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti