...

İranın XİN rəhbəri Braziliyaya səfər edib

Dünya xəbərləri Materials 25 Mart 2009 14:32 (UTC +04:00)

İranın xarici işlər naziri Mənuçehr Müttəki Braziliyaya səfər edib. Müttəki səfər çərçivəsində həmkarı Selso Amorimlə görüşüb.

İranın Fars agentliyinin martın 25-də verdiyi məlumata əsasən, Müttəki Braziliyanın Prezidenti Luis İnasio Lula da Silva, enerji naziri və spikeri ilə də görüş keçirəcək.

İran XİN rəhbəri martın 23-dən etibarən Afrika və Latin Amerikasının bəzi ölkələrinə səfərə başlayıb. Müttəki, Mali və Mavritaniyaya səfərindən sonra hazırda Braziliyanin paytaxtındadır. Müttəki İranın iqtisadi nümayəndə heyətinin sədri kimi bu ölkələrə səfər edir və səfərdə əsas məqsəd ölkələrlə iqtisadi sazişlərin imzalanmasıdır.

Xəbər lenti

Xəbər lenti