...

Bu gün xalqımızın seçimi bəlli olacaq -Türkiyənin Baş naziri

Dünya xəbərləri Materials 29 Mart 2009 14:24 (UTC +04:00)
Bu gün xalqımızın seçimi bəlli olacaq -Türkiyənin Baş naziri

Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan yerli bələdiyyə seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlamasında seçkilərdə türk xalqının seçiminin bəlli olacağını bildirib. Bu haqda Türkiyənin CİHAN informasiya agentliyi məlumat verib.

"Bu gün xalqımızın seçimi bəlli olacaq", - deyə Ərdoğan bildirib. Baş nazir onu da bildirib ki, seçkilərdə hansı partiyanın qalib gələcəyindən asılı olmayaraq, xalqın seçiminə hörmətlə yanaşır.

Ərdoğan Türkiyədəki Böyük Birlik Partiyasının lideri Muhsin Yazıçıoğlunun qəza nəticəsində vəfat etməsi ilə bağlı başsağlığını da bildirib.

"Siyasətdə çox dəyərli qardaşımızı itirməyimiz bizi kədərləndirdi. Ona Allahdan rəhmət diləyirəm", - deyə

Ərdoğan əlavə edib.

Bu gün Türkiyədə bələdiyyə seçkiləri keçirilir. Seçkilərdə 48 milyon 6 min 650 seçicinin iştirak edəcəyi gözlənilir.

Seçkilərdə əsasən hakim Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və Cümhuriyyət Xalq Partiyası (CHP) arasında mübarizə gedir.

Xəbər lenti

Xəbər lenti