...

BMT missiyasının Gürcüstandakı yeni mandatı iyunun 15-nə qədər qəbul edilməlidir – RF-nin BMT-dəki daimi nümayəndəsi

Dünya xəbərləri Materials 30 Mart 2009 14:45 (UTC +04:00)

Rusiya, Moskva, 30 mart / Trend , müxbir R.Ağayev /

"BMT missiyasının Gürcüstandakı yeni mandatı iyunun 15-nə qədər qəbul edilməlidir", - mətbuat konfransı çərçivəsində RİA Novosti-yə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin bildirib.

"Biz BMT missiyasının mandatının 4 ay müddətinə üzadılması istiqamətində qətnamə qəbul etmişik. Əvvəlki qətnamədə verilmiş "BMT-nin Gürcüstanda müşahidə missiyası" adından istifadə edilmir. Lakin iyunun 15-dən etibarən yeni mandatın qəbul edilməsi gözlənilir", - deyə Çurkin bildirib.

Onun sözlərinə əsasən, məsələnin mahiyyəti ondan ibarətdir ki, bu missiya ümumiyyətlə ötən ilin avqust münaqişəsinə qədər icra etdiyi funksiyaları yenidən davam etdirəcək.

BMT Təhlükəsizlik Şurası fevralın 13-də yekdilliklə Gürcüstan və Abaxaziya regionunda BMT missiyasının mandatının iyunun 15-nə kimi artırılmasını nəzərdə tutan 1866 nömrəli qətnaməni qəbul edib. Qətnamə missiyanın gələcək formatında dəyişikliklərin edilməsini nəzərdə tutub, Gürcüstanın ərazi bütövlüyü və BMT-nin əvvəlki sənədlərində olduğu kimi, Abxaziyanın Gürcüstana aid olması barədə heç bir məlumat verilməyib. Əvvəlki qətnamədə olduğu kimi, 1866 nömrəli qətnamədə BMT-nin Gürcüstanda müşahidə missiyası coğrafı tərif verilmədən "BMT missiyası" adlandırılıb.

Çurkinin sözlərinə əsasən, hazırda Tbilisi və Moskva arasında yeni mandat üzrə məsləhətləşmələr aparılır.

Çurkin əlavə edib ki, mayın 15-nə kimi BMT-nin baş katibi bu təşkilatın Gürcüstandakı sonrakı missiyası barədə məruzə təqdim edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti