...

Türkiyənin Avropa İttifaqına qəbulu ilə bağlı mövqeyim dəyişməyib - Fransa prezidenti

Dünya xəbərləri Materials 5 Aprel 2009 16:56 (UTC +04:00)
Türkiyənin Avropa İttifaqına qəbulu ilə bağlı mövqeyim dəyişməyib - Fransa prezidenti

Fransa, Strasburq, 5 aprel / Trend , müxbir A.Məhərrəmli/ Mənim Türkiyənin Avropa İttifaqına daxil olması ilə bağlı mövqeyim dəyişməyib. Bu fikirləri Fransa prezidenti Nikolya Sarkozi bazar günü Fransanın TF1 televiziya kanalına müsahibəsində deyib. "Mən ABŞ prezident ilə əlbir şəkildə işləyirəm. Amma  Aİ-dən söhbət gedərsə, ora üzv olan ölkələr bununla bağlı qərar verməlidir. Mən həmişə Türkiyənin Aİ-yə üzv olmasına qarşı olmuşam və bu möqeyimdə də qalıram. Əksər Aİ ölkələrinin də mövqeyi Fransanın mövqeyi ilə eynidir".
"Türkiyə böyük bir ölkədir. O, Avropa və ABŞ-ın müttəfqidir. Türkiyə Aİ-nin imtiyazlı tərəfdaşıdır və belə də qalmalıdır. Mənim övqeyim dəyişməyib və bundan sonra da dəyişməyəcək" - deyə Sarkozi bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Praqada Aİ-ABŞ zirvə toplantısı çərçivəsində Türkiyənin Aİ-yə daxil olmasının lehinə çıxış edib.

Xəbər lenti

Xəbər lenti