...

Biz beynəlxalq ictimaiyyətin yenidən inamını qazanmaq üçün xeyli çalışmalıyıq – İran prezidentliyinə namizəd

Dünya xəbərləri Materials 6 Aprel 2009 17:25 (UTC +04:00)

İranda keçiriləcək prezident seçkilərinə namizəd Mir Hüseyn Musəvi bazar ertəsi ilk dəfə olaraq jurnalistlərlə görüş keçirərək öz seçki platformasını açıqlayıb. Bu barədə İranın Mehr xəbər agentliyi məlumat verib.

İranın sabiq baş naziri seçkilərdə qələbə qazanarsa, dövlət organlarında olan çatışmazlığı aradan qaldırmağa və "xalqın hüquqlarından" olan məlumatlandırma sisteminin yaradılmasına çalışacaq.

"Fikrimcə, milli maraqlara uyğun olaraq xarici siyasətdə fəallığı artırmaq lazımdır. Gərək problemlərin həlli yönündə hərəkət edək. Biz beynəlxalq ictimaiyyətin yenidən inamını qazanmaq üçün xeyli çalışmalıyıq", - deyə İranda keçiriləcək prezident seçkilərinə namizəd, İranın sabiq baş naziri Musəvi bildirib.

Musəvi öz platformasında xarici siyasət, iqtisadi və daxili siyasətdə sabitliyin yaradılmasının əsas məqsəd olduğunu bildirib. "Biz son illərdə daim sürüşkən siyasət yürütmüşük və hər şey dəyişkən olub", - deyə Musəvi bildirib.

Musəvi əlavə edib ki, konstitusiyada icazə verilmiş azadlıqları həyata keçirməyin ölkənin gələcəyi naminə gərəkli olduğunu düşünürəm. "Konstitusiya qanunları çərçivəsində söz azadlığı və mətbuat azadlığına icazə verilməlidir", - deyə Musəvi əlavə edib.

Xəbər lenti

Xəbər lenti