...

ABŞ Prezidentinin Türkiyəyə rəsmi səfəri başa çatıb

Dünya xəbərləri Materials 7 Aprel 2009 16:26 (UTC +04:00)

ABŞ Prezidenti Barak Obamanın Türkiyəyə iki günlük rəsmi səfəri başa çatıb. Bu barədə Türkiyənin CNN Türk telekanalı məlumat verib.

ABŞ Prezidenti Obama aprelin 6-7-də iki günlük rəsmi səfərlə Türkiyədə olub. Səfər çərçivəsində Obama Ankarada Türkiyə Prezidenti Abdulla Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əli Babacan və digər ölkə rəsmiləri ilə görüşüb.

Səfərin ikinci günü İstanbula yola düşən Obama Ayasofiyanı, Sultan Ahmet camisini ziyarət edib. Daha sonra Obama Türkiyə universitetlərinin tələbələri ilə görüşüb.

Xəbər lenti

Xəbər lenti