...

ABŞ-ın digər xalqların həyatına müdaxilə etmək haqqı yoxdur - İran prezidenti

Dünya xəbərləri Materials 8 Aprel 2009 15:21 (UTC +04:00)

İran prezidenti bildirib ki, ABŞ-ın digər xalqların həyatına müdaxilə etmək haqqı yoxdur. Bu barədə İran televiziyası məlumat yayıb.

Əhmədinejad deyib ki, ABŞ prezidenti İran və ABŞ arasında ixtilafların nüvə məsələsi ilə bağlı olduğunu bildirib: "Obama bəyan edib ki, İran xalqı sülh məqsədilə nüvə enerjisindən istifadə edə bilər, lakin atom bombası əldə edə bilməz". 

Onun sözlərinə görə, İran xalqı heç vaxt atom bobması əldə etmək niyyətində olmayıb. "Bizim fikrimizcə, o dövlətlər ki, atom bombasına malikdir, onlar siyasi baxımdan geri qalıblar. Çünki hazırda hədə-qorxu dövrü sona çatıb və biz İranın nüvə məsələsini həll olunmuş hesab edirik", - İran prezidenti deyib.

"İran xalqı 30 ildir ki, ABŞ dövlətinə israrla bildirir ki, digər ölkələrə ordu yeritmək siyasətindən əl çəksin. Hə üçün ABŞ dövləti dəyişmək istəmir, nə üçün digər dövlətlərlə danışıq tərzini dəyişmir?", - deyə Əhmədinejad bildirib.

"Biz hələ də ABŞ dövlətinin həqiqi dəyişikliklər edəcəyini gözləyirik", - Əhmədinejad əlavə edib.

Xəbər lenti

Xəbər lenti