...

Misir ərəb dövlətlərini FƏTH və HƏMAS danışıqlarına təzyiq göstərməyə çağırır

Dünya xəbərləri Materials 13 Aprel 2009 15:36 (UTC +04:00)

Misir, Səudiyyə Ərəbistanına Misir təşəbbüsünü qəbul etmək və Fələstinin FƏTH və HƏMAS partiyaları arasında yaranan fikirayrılığı problemini həll etmək üçün Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbasa təzyiq göstərmək xahişi ilə müraciət edib. Bu barədə İsrailin "Jerusalem Post" qəzeti Ramallahdakı rəsmi nümayəndələrə istinadən məlumat verib.

Bazar günü Ər-Riyadda Abbas ilə görüşdə Səudiyyə Kralı Abdullah bin Abdel Əziz Fələstin hakimiyyətini Misir təşəbbüsünü qəbul etməyə çağırıb.

Təşəbbüs Qərb Sahili və Qəzza Zolağında milli Fələstin dövlətinin formalaşdırılması üçün əsas olacaq Fələstin qruplaşmaları arasındakı fikir ayrılıqlarının həllindən ötrü Ali Komitənin yaradılmasını nəzərdə tutur. Lakin Abbas hökuməti təşəbbüsü rədd edib. Çünki o, HƏMAS liderlərini İsraili və Fələstin Azadlıq Təşkilatı ilə İsrail hökuməti arasında imzalanan beynəlxalq sənədləri tanımağa məcbur etmir.

Həmçinin Qahirə Qəzzanın iqtisadi cəhətdən bərpası prosesində HƏMAS-ın iştirakını tələb edir, lakin Fələstin rəhbərləri hesab edirlər ki, bununla yalnız Ramallahdakı hakimiyyət məşğul olmalıdır.

2007-ci ildən düşmənçilik edən Fələstin partiyaları arasında danışıqlar aprelin sonunda Qahirədə başa çatmalıdır. Burada milli hökumətin yaradılması proqramı elan olunacaq.

Xəbər lenti

Xəbər lenti